• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Müsahibələr


Afil Hüseynov: "Əsas üstünlüyü gənclərimizə verirəm"
2013-06-14 | 17:26 |

 Afil Hüseynov:

Afil Hüseynov Azərbaycanı Rusiya Federasiyasının Murmanks vilayətində layiqli təmsil edən həmvətənlərimizdən biridir. O, 1966-cı ildə Şərur rayonunun Kərimbəyli kəndində dünyaya gəlib. A.S.Qriboyedov adına Moskva Beynəlxalq əlaqələr və İqtisadiyyat İnstitutunun hüquqşünaslıq fakültəsini bitirən A.Hüseynov hazırda sahibkarlıq fəaliyyəti və lobbiçilik işi ilə məşğuldur. Belə ki, həmyerlimiz Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk vilayət bölməsinin sədri, Murmansk vilayəti İctimai Palatasının üzvü, Murmansk vilayətinin qubernatoru yanında Milli Məsələlər üzrə Məşvərət Şurasının üzvüdür.

 

- Afil müəllim, siz 2008-ci ildən ÜAK-ın Murmansk bölməsinin sədrisiniz. Bilirik ki, eyni zamanda vilayət üzrə dövlət qurumlarında təmsil olunursunuz. Bütün bunları idarə etmək çətin deyil ki?

- Yox, əsla! Hətta mən deyərdim ki, əksinə mənim bir vəzifəm digərini daha effektli icra etməyə  şərait yaradır. Məsələn, mənim, yerli icra strukturlarında təmsil olunmağım, oradakı əlaqələrim ÜAK-ın Murmansk bölməsinin sədri kimi işlərimi daha səmərəli həyata keçirməyə imkan verir. Yəni Murmanskda yaşayan soydaşlarımızın problemlərini həll etməkdə bir növ mənə kömək olur. Hazırda bizim vilayətdə on minə, Murmansk şəhərinin özündə isə altı minə yaxın azərbaycanlı yaşayır. Bu soydaşlarımız bizə ən müxtəlif - qeydiyyat, iş, mənzil, hətta məişət problemləri ilə belə müraciət edirlər. Mən də diaspora rəhbəri olaraq, dediyim kimi, əlaqələrimdən istifadə edib hər cür yardım göstərməyə çalışıram. Əsasən də gənc nəslə dəstək olmağı özümə borc bilirəm. Hesab edirəm ki, Murmanskda Azərbaycan diasporunun güclənməsi gənclərimizin gələcəyindən, onların birliyindən çox asılıdır. İndiki gənclik ağıllı, istedadlı, təhsilli və eyni zamanda çox aktivdir. Biz çalışırıq ki, onları bir araya toplayaq, bir-birinə daha da yaxınlaşdıraq. Deyəsən məqsədimizə yavaş-yavaş nail oluruq. Təxminən on il əvvəl bir-birini tanımayan Murmanskın azərbaycanlı gəncləri aparıdığımız işlərin nəticəsində artıq öz aralarında ünsiyyət yaradıblar, birlikdə həm əylənirlər, həm də maariflənirlər. Murmanskda gnclərimizin diskotekası var ki, hər şənbə günü orada görüşüb, əylənir, sohbət edir və paylaşırlar. Gənclərimizin ayrıca birliyi də fəaliyyət göstərir ki, burada artıq onlar müxtəlif mövzularda forumlar, tədbirlər keçirir, Azərbaycanı təbliğ edirlər.  

 

- Yeri gəlmişkən, nə kimi tədbirlər həyata keçirirsiniz?

- Əsasən Azərbaycan üçün əlamətdar olan tarixlər, milli bayramlarımızla əlaqədar tədbirlər təşkil edirik. Məsələn, hər il mütləq 20 Yanvar, Xocalı, 31 Mart faciələrinin ildönümlərinə həsr olunmuş anım tədbirlərini yüksək səviyyədə keçiririk. Bununla dərdimizi həm yerli əhaliyə çatdırır, təbliğ edirik, həm də azərbaycanlı gənclərin milli faciələrimizdən xəbərdar olması, bu tarixləri unutmaması üçün müəyyən işlər görmüş oluruq. Hesab edirəm ki, Azərbaycan tarixinin bu səhifələrini vətəndən kənarda böyüməkdə olan gənc nəslimizin yaddaşına həkk etmək lazımdır ki, sabah onlar təbliğat apara bilsinlər.

Biz milli bayramlarımızın keçirilməsinə də xüsusi önəm veririk. Harada yaşamağımızdan asılı olmayaraq milli adət-ənənələrimizi yaşatmaq bizim borcumuzdur. Bütün bu tədbirlərimizə - istər anım mərasimi olsun, istər bayram şənliyi – biz Murmanskda yaşayan digər millətlərin, eləcə də ictimaiyyətin  nümayəndələrini dəvət edirik. Hazırda vilayətdə altmışa yaxın millətin nümayəndəsi yaşayır. Qeyd edim ki, üzvü olduğum Murmansk vilayəti İctimai Palatasında da paralel olaraq təbliğat işləri görürük.       

 

 - Murmanskda yaşayan azərbaycanlılar Rusiya siyasətinə inteqrasiya edə bilirlərmi?

-  Əlbəttə, elə mən özüm həm bizneslə məşğulam, həm də dövlət qurumunda çalışıram və istəyirəm ki, bu, bir və ya bir neçə adamla məhdudlaşmasın. Orada yaşayan gənclərimizə göstərdiyim xüsusi dəstəyin əsas səbəbi də məhz budur ki, onlar tədricən vilayətin ictimi-siyasi həyatında öz yerini tuta bilsin. Bu, onların gələcəkdə hətta siyasətdə yer ala biləcəyinə böyük zəmin yaradır. Sizə maraqlı bir fakt deyim: şəhərin beş il əvvəlki qubernatoruna dedik ki, ruslar kütləvi şəkildə Murmanskı tərk edir, azərbaycanlıların sayı isə çoxalır. Qubernator isə belə cavab veri: belə davam etsə, şəhəri sizə saxlayıb buradan getməli olacağıq. Mən dedim, etiraz etmirəm, biz özümüz də idarə edə bilərik. Əlbəttə, bu, qubernatorla aramızda bir zarafat idi. Amma mən bu barədə ciddi düşünürəm və bütün səylərimi də bu istiqamətə yönəltmişəm. Orada yaşayan hər bir təhsilli gəncimizi şəhərin ən yuxarı qurumlarına, məsələn, vilayət dumasına və s. inteqrasiya etdirmək fikrindəyəm. Biz də yeni fəaliyyətə başlamışıq, ictimai birliyimiz 2008-ci ildə yaradılıb. Bu az müddətdə qeyd etdiyim kimi kifayət qədər işlər görmüşük. Mənim niyyətim odur ki, Murmanskda yaşayan hər bir azərbaycanlı, xüsusən də gənclərimiz özünü vətəndən uzaqda yox, elə Azərbaycandakı kimi hiss etsin.  Əvvəllər gənclərimiz azərbaycan dilini bilmirdilər, ünsiyyətdə çətinlik çəkirdilər. Amma artıq bu məsələni demək olar həll etmisik, dili öyrəniblər, ünsiyyət problemi geridə qalıb. Müqayisə edəndə indi vəziyyət daha yaxşıdır.

 

- Maraqlıdır ki, cəmiyyətiniz digər diaspor təşkilatları ilə əlaqələr qururmu?

- Əlbəttə. Bu yaxınlarda Murmanskda millətlərarası forum keçirdik.  Məncə bu tədbir özü digər diaspor təşkilatları ilə isti əlaqələrimizin bariz nümunəsidir. Amma Murmanskdakı digər millətlərin nümayəndələri etiraf edir ki, hər hansı problem ortaya çıxanda və ya bir məlumat almaq lazım gəldikdə azərbaycanlılara müraciət edir, onlardan öyrənirik.  Biz işimizi layiqli görməyə çalışırıq…

 

Ülviyyə Heydərova

 

 

 

 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved