• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Müsahibələr


Mirvari Fətəliyeva: "Onlar Xocalını istəmədən andılar"
2013-07-04 | 15:18 |

Mirvari Fətəliyeva:

Ölkə: Fransa

Şəhər: Paris

 

Parisdəki "Azərbaycan Evi" nin rəhbəri Mirvari Fətəliyeva xüsusi təqdimata ehtiyacı olmayan həmvətənlərimizdəndir. Çünki bu xanım Avropanın gözündə ölkəsini sadəcə təmsil etmir, yeri gələndə Vətəninin haqq səsini qorxmadan, çəkinmədən yaşadığı ölkənin dilindəcə ucaldır. Əlbəttə, o, bütün bunları tanınmaq üçün deyil, bir vəzifə borcu olaraq edir. Bizimsə borcumuz azərbaycanlı xanımı oxucularımızla tanış etməklə yanaşı, fevralın 26-da Fransa parlamentində uğradığı təcavüz haqqında son təfərrüatları verməkdir. 

 

- Mirvari xanım, fevralın 26-da Fransa Milli Assambleyasında baş vermiş hadisədən sonra Fransanı demokratik ölkə adlandırmaq olarmı?

 

- Əlbəttə. Fransa demokratiyanın mərkəzidir deyirlər. Bu hadisə fransızlar tərəfindən törədilməyib. Yəni, mən bunu Fransa demokratiyasına ləkə gətirən bir hadisə kimi adlandıra bilmərəm. Düzdür, Fransanın ən təhlükəsiz sayılan parlementində belə bir hadisənin olmasını Fransa da istəməzdi. Amma biz ermənilər tərəfindən hücuma məruz qaldıq. Fransa tərəfi bunu pislədi, hətta parlamentin bir neçə deputatı bu haqda bəyanat da verdi. Necə deyərlər, Fransanın demokratik ölkə olması olduğu kimi qalır. Ümid edirik ki, haqq öz yerini tapacaq. Parlamentin içərisində nadir hallarda belə hadisələr baş verir. Özü də bu, qadına qarşı olan bir təcavüz idi. Fransa parlamenti ilk dəfə belə bir təcavüzə şahid oldu.

 

- Həmin gün etiraz səsinizi ucaldarkən belə bir təcavüzə məruz qalacağınızı gözləyirdinizmi?

 

- Yox, gözləmirdik. Ölkəsindən asılı olmayaraq parlamenti ən təhlükəsiz yerlərdən biri hesab edirəm. Belə bir halın olacağını öncədən bilsəydim, əlbəttə ki, getməzdim və ya ehtiyatlı davranardım. Mənim həmin toplantıya qatılmaqda məqsədim dialoq qurmaq idi. Konfrans, bildiyiniz kimi dialoq deməkdir. Amma bu konfrans təəssüf ki, dialoq yox, monoloq şəklində oldu. Yəni hər bir çıxışçı nitqini söyləyib yerində əşləşirdi. Başa düşdük ki, bizim burda sual vermək imkanımız olmayacaq. Çıxıb getmək istəyirdik. Amma bildiyiniz kimi hər şey tamam başqa səmtə yönəldi. Bu tədbirin daşnaksütun partiyasının təşkil etdiyini bilsəydim getməzdim. Çünki onların hansı vəhşiliklərə qadir olduğu hamıya məlumdur. Tədbirin adı «Sumqayıt hadisələri və Qarabağ xalqı üçün perspektivlər» olsa da, bu haqda heç bir söz danışılmadı. Konfransın bircə məqsədi vardı, o da yalnız Azərbaycanı pisləmək …

 

dbirin sonunda bir dəqiqəlik sükut elan olundu və biz -  həmvətənim Vüsalla burada deyilənlərə etiraz olaraq ayağa qalxmamağa qərar verdik. Onu da demək istərdim ki, mən konfransda iştirak üçün rəsmi müraciət edib cavab aldıqdan sonra qatılmışdım. Lakin içəri daxil olan kimi artıq onlar bizi tanımışdılar. Ayağa qalxmayanda isə hamının gözü bizə yönəldi və hər kəs qışqırmağa başladı: «Ayağa qalxın, ayağa qalxın!». Qalxmamaq mümkün deyildi. Mən qalxaraq dedim ki, bu gün Xocalının ildönümüdür. Bu bir dəqiqəlik sükut onlara həsr olunur. O an təşkilatçı qolumu dartıb otuzdurmaq istədi. Amma mən qalxdım və eyni cümləni təkrar etdim və bir dəqiqəlik sükut Xocalıya həsr olundu. Onları qıcıqlandıran da elə məhz Xocalı oldu. Məndən sonra heç kim danışmadığına görə bir dəqiqəlik sükut onlara həsr olundu və bu adamlar istəmədən Xocalını andılar. Bir dəqiqə çox tez başa çatdı...

 

- İnsidenti Fransa mətbuatı necə işıqlandırdı? Mətbuat öz mövqeyini göstərdimi? Yoxsa sadəcə xəbər verməklə kifayətləndi?

 

- Hadisəni Fransanın ən mötəbər qəzetlərindən olan «Fiqaro», «Le Parisien» və s. mətbu orqanları yazdı. Xocalı faciəsinə heç vaxt yer ayırmayan Fransa mətbuatı bu hadisədən sonra soyqırım haqqında ilk dəfə məlumat verdi.

 

- Sizcə, bunun səbəbi erməni lobbisinin güclü olduğu Fransanın ermənipərəst mövqeyidir?

 

- Əlbəttə! Fransada erməni diasporunun gücünü danmaq olmaz. Artıq əsrlər boyu bu istiqamətdə ciddi iş aparan ermənilər Fransanın mövqeyinə də təsir edə biliblər. Biz özümüzü onlarla müqayisə etmək istəməzdik. Yəni, biz gənc bir dövlətin gənc diasporuyuq . Ermənilərin Fransaın hökumət dairələrində, hər yerdə adamları, təsir göstərə biləcək insanları var. Fransızların isə ermənipərəst mövqedə olduğu  hamıya məlumdur. Bunun siyasi tərəfləri də var. Hazırda ermənilərin Fransada  500 minlik seçici elektoratı var. Bu isə ciddi faktdır - 500 min az səs deyil.

 

- Sizcə, Fransa parlamentində baş verənlərə görə günahkarılar layiqli cəzasını alacaqmı?

 

- Ümid edirik… Biz özümüzü haqlı sayırıq. Dediyim kimi tədbirə dialoq üçün getmişdim, təxribat üçün yox. Doğrudan da mənim üçün maraqlı idi ki, onlar Qarabağ məsələsində hansı fikirləri söyləcəklər. Fransa ictimaiyyətinə necə çatdırırlar? Belə bir hadisə ilə qarşılaşacağımı isə heç ağlımdan keçirməmişdim. Sivil şəkildə sualımızı verib, sözümüzü deyib çıxmaq istəyirdik…

 

- Mirvari xanim, istərdik Parisdə "Azərbaycan evi" haqqında oxucularımıza məlumat verəsiniz.


-    Parisdə “Azərbaycan Evi” 1992-ci ildə Timurçin Hacıbəyli, Ramiz Abutalıbov, Vəfa Mustafayev və Azərmahd Hüseyn tərəfindən yaradılıb və Fransada rəsmi qeydiyyatdan keçən ilk Azərbaycan təşkilatlarından biridir. Bildiyimiz kimi, o zaman Azərbaycanda siyasi böhran, eləcə də müharibə şəraiti hökm sürdüyünə görə belə bir təşkilatın fəaliyyət göstərməsi çox çətin idi. Buna baxmayaraq, qurumun yaradıcıları tərəfindən bir neçə tədbir gerçəkləşmişdi. Lakin təşkilatın sədri Timurçin Hacıbəyli dünyasını dəyişdiyinə və daha sonra sədr müavini Ramiz Abutalıbov Parisdən köçüb getdiyinə görə təşkilatın fəaliyyəti dondurulmuşdu. Fransada diaspor fəliyyəti tam olaraq formalaşmadığına Parisdə “Azərbaycan Evi”nin bərpasının vacibliyini nəzərə alaraq, Parisdə məskunlaşan yerli diaspor nümayəndələrdən ibarət yeni idarə heyətinin rəhbərliyi ilə “Azərbaycan Evi”nə bir nəfəs verildi.

 

-    Hazırda təşkilatın planları necədir, hansı layihələrini var?

 

-    Bildiyiniz kimi, biz əsasən, mədəniyyət sahəsində fəaliyyət göstəririk. Belə ki, son illər bütün dünyada Azərbaycanın mədəni irsinə marağın artıdğını görürük. Bu istiqamətdə Avropanın mədəniyyət beşiyi sayılan Fransada da bir sıra uğurlu konsert proqramları, sərgilər, konfranslar təşkil etmişik. Bir diaspor təşkilatı olaraq, məqsədimiz Azərbaycan və Fransa mədəniyyəti arasında artıq qurulmuş olan körpü üzərindəki axını gücləndirməkdir. Bu çərçivədə nəzərdə tutulmuş layihələrimiz rəsm və fotosərgilərin Paris və digər şəhərlərdə təşkili, folklor nümunələrimizdən ibarət konsertlərin, həmçinin ləziz Azərbaycan mətbəxinə dair ustad-dərslər və s. tədbirlərin keçirilməsindən ibarətdir...

 

 

Ülviyyə Heydərova

 

  



 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved