• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Müsahibələr


Ercan Yerdelenli: "Bakıda sanki illərdir burada yaşayırammış kimi gəzirdim"
2013-07-11 | 14:37 |

Ercan Yerdelenli:

Vətənini yalnız TV efirində, sosial şəbəkələrdə, müxtəlif video çarxlarda görən insan ana torpağına ayaq basanda, sizcə o nə hal keçirə bilər? Əlavə edək ki, o yaşadığı ölkədə diaspor təmsilçisidir. Bu isə o deməkdir ki, onun gecəsi və gündüzü yalnız həsrəti ilə yaşadığı Vətəninə bağlıdır.  

 

Belə bir insanla Diasporla İş üzrə Dövlət Komitəsində tanış oldum. O, Azərbaycan Nyu York Assosiasiyasının prezidenti Ercan Yerdelenlidir. Əslən azərbaycanlı olsa da, Türkiyənin Qars vilayətində dünyaya gəlib. Orta təhsili Qarsda, ali təhsilini isə Almaniyada alıb. Almaniyada yaşadığı dönəmdə Türkiyə, Azərbaycan diasporunun fəal üzvlərindən olub.   

 

Ercan bəy 27 ildik ki, Nyu York şəhərində yaşayır. Bu şəhərə gələndən öz işlərilə yanaşı diaspor fəaliyyətini bir gün də olsa təxirə salmayıb. 2010-cu ildən Azərbaycan Nyu York Assosiasiyasının prezidenti kimi illərlə həsrətini çəkdiyi Vətənini dünya əhəmiyyətli bir şəhərdə tanıtmaqla məşğuldur…

 

Ercan bəy, Azərbaycan Nyu York Assosiasiyası Azərbaycanı Nyu York kimi mühüm şəhərdə necə təmsil edir?

-   2010-cu ildən bəri Assosiasiyanın hər bir tədbirinə rəhbərlik edirəm. Azərbaycan üçün mühüm əhəmiyyətli tədbirləri, anım günlərini burda təşkil edirik. Azərbaycan, Amerika rəsmiləri hər zaman tədbirlərimizə qatılırlar. Hətta təkcə Nyu Yorkda deyil, Amerikanın digər şəhərlərində də üzvlərimizlə tədbirlərdə iştirak edirik, təşkilatında yaxından kömək edirik. Məsələn, cənab İlham Əliyevin ABŞ-a rəsmi səfəri zamanı eşikdik ki, BMT-nin önündə ermənilər səfərə qarşı tədbir keçirmək istəyirlər. Bunun qarşısını dərhal aldıq. Bu il də Vaşinqtonda qondarma Qarabağ Respublikasının Gənclər və Mədəniyyət nazirinin səfər xəbərini alan kimi 30 nəfər heyətlə paytaxta yollanıb Konqresin önündə aksiya keçirdik. Qeyd edim ki, bu iki aksiya da böyük əks-səda yaratmışdı. Bundan başqa ötən il ABŞ Prezidenti Barak Obamaya Xocalıda ermənilər tərəfindən inşa edilmiş hava limanına görə etiraz məktubu ünvanlamışdım. Həmçinin, BMT-nin Baş katibi Pan Gi-Muna Xocalı faciəsinin soyqırım kimi tanınması barədə məktub ünvanladıq.

 

Asossiasiyanın üzvləri yalnız azərbaycanlılardan ibarətdir?

- Bəli, bütün üzvlərimiz azərbaycanlılardır. Onlar son 10-15 il ərzində Bakıdan və digər regionlardan gəliblər. Qeyd edim ki, Nyu Yorkda azərbaycanlılar yetərincə çoxdur. Ümumilikdə 600 üzvümüz var. Aktiv üzvlərimiz isə 100-150 nəfərdir.

 

Yeri gəlmişkən, daha hansı millətin diaspor təşkilatları ilə əlaqələr qurursunuz?

- Türk Dərnəkləri Federasiyası var ki, ora 55 dərnək daxildir. Federasiya ilə yaxın əlaqələrimiz var. Hətta 2010-2011-ci illərdə sədrin köməkçisi olmuşam. Həmçinin, Vaşinqtonda Türk-Amerikan Assambleyası var ki, orda da 32 dərnək fəaliyyət göstərir. Münasibətlərimiz çox sıxdır. ABŞ-da 218 təşkilatı olan Türk-Amerikan İttifaqı ilə də yaxın əlaqələrimiz mövcuddur.

 

Amerika mətbuatı Azərbaycan diasporunu işıqlandırırmı?

- Etiraf edim ki, mətbuatda yaxşı təmsil olunmuruq. Türk mətbuatı daha çox tədbirlərimiz haqqında məlumatlar verir.

 

Bunun səbəbini nədə görürsünüz?

- Bunun bir səbəbi var. Nyu Yorkda müxtəlif mətbuat sahələrinin böyük qismi ermənilərin təsiri altındadır. Aydın məsələdir ki, ermənilər azərbaycanlılara, türklərə qarşıdırlar. Amma hər il Müstəqillik Günündə Wall Street-də bayrağımızı qaldırırıq. 2010-cu ildə qaldırdığımız bayraq indiyə qədər ən çox iştirakçının toplandığı mərasim idi və bu haqda da məlumatvar yayılmışdı. Təbii ki, daha çox Türk mətbuatında.

 

Gələcəkdə nə kimi tədbirləri həyata keçirmək fikrindəsiniz?

- Nyu Yorkda Metropoliten Muzeyində Azərbaycanın mədəniyyəti ilə bağlı sərgi keçirmək niyyətindəyəm. Muzeyin rəhbərliyi tərəfindən razılıq almışam. Ümid edirəm ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə görüşümdə müsbət cavab alacam. Orada sərgilər bir neçə ay nümayiş olunur. Əgər belə bir sərgi reallaşsa, bununla ancaq fəxr etmək olar. Bildiyiniz kimi Metropoliten muzeyi dünyanın ən çox ziyarətçisi olan muzeylərdən biridir. Daha sonra Amerikanın ən böyük şəhərlərindən biri olan Filadelfiyada bir küçə var. Orada demək olar bütün dövlətlərin bayrağı asılır. Təəssüf ki, Azərbaycan bayrağı orada dalğalanmır. Şəhərin meri ilə danışıqlar aparmışam. Razılıq var. Sadəcə, maliyyə Azərbaycan tərəfindən olmalıdır. İstərdim o bayraqlarla yanaşı Azərbaycan bayrağı dağlansın. Bundan başqa hər il Nyu Yorkda Türk Dərnəkləri Federasiyası Türk Günü ilə bağlı yürüş keçirir. Həmin yürüşdə 30 minə yaxın insan olur. Bu bir aylıq bir festivaldır. Yürüşdə mədəniyyət günləri də keçirilir. Media tərəfindən də geniş işıqlandırılır. İstərdim növbəti yürüşdə Azərbaycan da qatılsın və adı da Türk- Azərbaycan Günü Yürüşü olsun. Deyim ki, bu yürüş önəmli tədbirlərdən hesab olunur. Belə ki, mədəniyyətimiz təbliğ edilə bilər. Bir də istərdim ki, Nyu Yorkda Azərbaycan Evi olsun. Ümid edirəm ki, layihələrimizi reallaşdıra biləcəyik .

 

Siz Azərbaycana ilk dəfədir ki, səfər edirsiniz. Nə hisslər keçirirsiniz?

- Onu izah etmək üçün ay, gün, il bəs eləməz. Belə deyim, Amerikada işlərim çoxdur, amma bura gələcəyimə görə bütün işlərimdən soyumuşdum. Çünki  uşaqlığımı, gəncliyimi, cavanlığımı bu ölkənin sevgisinə həsr etmişəm. Həyacanımın sərhədi  yoxdur. Təyyarədən enən zamanımı xatirə olaraq qeyd etdim. Saat 01.29 idi. Torpağa ayaq basdığım anı qeyd etdim. Ölkə başçısı çox sağ olsun ki, Azərbaycana baxır. Paytaxt da günü -gündən dəyişilir. Hakimiyyətə öz adımdan təşəkkür edirəm! Bakını demək olar hər gün televiziyadan izləyirəm. Ona görə də dəyişikləri ancaq TV-dən seyd edirdim. İndi isə canlı şahidi oldum. Bakıda sanki illərdir burada yaşayırammış kimi gəzirdim…

İstərdim, söhbətimizin sonunda Bakı səfərimin həyəcanı ilə bağlı qələmə aldığım kiçik şeiri sizlərlə bölüşüm:

 

Bakima,

 

İllerce sennen yatdım,

İllerce sennen qalxtim.

Men usaglik arzuma hele teze cattim.

Danişirdi Baki, dinleyirdi cemahat.

Azadlik eşgini göz yaşlarima gattim.

Ne uşakligimin, ne cavanligimi Tadini taddim.

Men ilk eşgimi sende taptim.

 

Ülviyyə Heydərova

 

 

 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved