• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Müsahibələr


Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovun İnterpress.az-a müsahibəsi
2014-01-31 | 15:47 |

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovun İnterpress.az-a müsahibəsi

 Benilüks Azərbaycanlıları Konqresi yeni tədbirlər planı hazırlayırmı?

-Bəli, var. Artıq 8 ildir ki ,bu komitə fəaliyyət göstərir. Yeni ideyalarımız çoxdur. Bu ideyalar ildən- ilə dəyişir. Çalışırıq ki, bütün siyasi proseslərə təsirimiz olsun. Mən bir şey deyim ki, bu komitə siyasi təşkilatdır. Bunun üçün Avropa Parlamentinə akreditə olundu. Bu vaxta qədər hələ heç bir təşkilat Avropa Parlamentində akreditə olunmayıb. Biz orada bir qrup yaratmışıq. Bundan əlavə 2013-cü ildə Avropa Demokratiya və İnsan Haqları fondunu təsis etdik. Bu da komitənin tərkibindədir. Ümumiyyətlə, bizim fikrimiz var ki, bu il BMT-nin Avropa ofisində də qeydiyyatdan keçək. Qarabağ məsələsi, Xocalı soyqırımının Avropa cəmiyyətində daha çox müzakirə olunmasında israrlıyıq. Bu çox önəmlidir.

-Elə Xocalı Soyqırımından başlayaq. Soyqırımın növbəti ildönümü ilə əlaqədar aksiyalar təşkil ediləcəkmi?

-Bəli. Biz “Xocalı həftəsi” elan etmişik. “Xocalı həftəsi”nə fevralın 20-sindən start veriləcək. Biz bunu geniş miqyasda keçirmək istəyirik. Biz fevralın 26-sında Avropa Parlamenti qarşısında böyük bir etiraz aksiyası keçirməyi planlaşdırırıq. Oradan isə Ermənistan səfirliyinədək yürüş keçiriləcək. Aksiyada 200-dən çox adamın iştirakı nəzərdə tutulur. Aksiya zamanı Avropa Parlamentinin sədri ilə də görüşmək istəyirik. Bəyannaməmizi ona və Ermənistan səfirinə təqdim edəcəyik. Xocalı soyqırımının siyasi müstəvidə tanınması üçün çalışacağıq. Niderland parlamentində ilk dəfə olaraq Qarabağ məsələsi barədə konfrans keçirdik. Konfransın adı da “Qarabağ və Cənubi Qafqazın siyasi təhlükəsizliyi” idi. Çox yüksək səviyyədə konfrans keçirildi və biz istəyirik ki, bu il də Xocalı həftəsində sözügedən məsələni Niderland parlamentində gündəmə gətirək.Təbii ki,bütün millət vəkilləri, siyasi partiya nümayəndələrinə məktublar göndərəcəyik. Çalışacağıq ki, bu, yüksək səviyyədə gündəmə gətirilsin.

-Diasporalarla İş üzrə Dövlət Komitəsi ilə hansısa bir təklif müzakirə olubmu?

- Diasporalarla İş üzrə Dövlət Komitəsi ilə işləyir ,müzakirələr edirik. Onlarla birlikdə aksiyalar keçirməyə səy göstəririk. Təbii ki,dəstəklər də olur. Bu komitə ilə birlikdə bir çox tədbirlərin keçirilməyini planlaşdırırıq. Bu da alınır.

-Avropa mətbuatında müsahibələr, məlumatlar çap olunurmu?

- Vaxtaşırı bütün tədbirlərə Avropa mətbuat nüayəndələrini dəvət edirik. Benulüks ölkələrində türk mətbuatı da var. O ingilis ,alman dilində çap olunur.Təbii ki, istənilən effekti vermir. Bəlkə də bu , gələcəkdə öz yerini tapacaq. Amma hal-hazırda mən deyərdim ki, Avropa mətbuatı Qarabağ, Xocalı soyqırımı məsələsini işıqlandırmağa qorxur. Bizim bir neçə dəfə uğurumuz olub. Hollandiyanın “Niderland 3” dövlət kanalı var. Orada ilk dəfə olaraq bir neçə il əvvəl Xocalı soyqrımı haqqında məlumat verdik. Niderlandın professoru həmçinin türkoloq alimi ,ilk dəfə olaraq Qarabağ münaqişəsinin iç üzünü açıb avropalılara göstərə bildi. Amma biz bu istiqamətdə hələ çox işləməliyik.

-Türk təşkilatları yardım edirmi,və ya siz yardım edirsinizmi onlara?

-Türk təşkilatları ilə birlikdə işləyirik, dostluğumuz var. Lakin, türk təşkilatlarında da birlik zəifdir.Son hadisələr bir daha sübut etdi ki, siyasi partiyalarda ziddiyyət olduğu kimi diaspor təşkilatlarında da bu mövcuddur.Amma bununla belə biz istəyirik ki,neytral qüvvə kimi görsənək.Biz türk təşkilatlarının bütün tədbirlərində iştirak edirik, onlar da bizim tədbirlərimizdə iştirak edirlər. Bu, bizə lazımdır. Azərbaycan və türk nümayəndələri bilməlidilər ki, nəyi təbliğ edirlər. Bu yaxınlarda 20 Yanvar hadisəsinin ildönümü oldu. Gənc nəsil bunun mahiyyətinin nədən ibarət olduğunu bilmir. İlk növbədə öz insanlarımıza bunu öyrətməliyik ki, bunu yaşada bilsinlər.

-Həmişə bizim diaspor təşkilatlarını onda günahlandırırlar ki, xüsusi günlərdə fəallaşırlar. Düzdür?

-Bunda haradasa həqiqət var. Amma bunu bütün təşkilatlara şamil etmək olmaz. Bəzi təşkilatlar var ki, sadəcə 26 fevralda Xocalı ilə bağlı tədbirlər keçirirlər.Bununla da bütün işin bitdiyini zənn edirlər. Amma bu belə deyil. Biz çalışırıq ki, ilin 12 ayı fəaliyyətdə olaq.Tədbirlər təşkil edək və bu tədbirlərlə nəyəsə nail olaq. Məsələn, 20 yanvarı keçirdiyimiz kimi 10 dekabr Beynəlxalq insan haqqları gününü də keçirməliyik. Beynəlxalq insan haqqları günündə biz göstərməliyik ki, bizim 1 milyon qaçqınımız var.Onların haqlarını kim müdafiə edəcək? Biz tədbirlər keçirən zaman düşmənlərimizdən maneəçilik görmürük. Bəzən daha çox Azərbaycan diaspor təşkilatlarından bu maneəçiliyi görürük.Və mən deyərdim ki, bu təkcə maneəçilik deyil.

-Nə kimi maneəçilik?

Yəni təşkilatların mahiyyətini alçaltmağa ,keçirdiyi tədbirlərin nüfuzunu aşağı salmağa çalışırlar.Müxtəlif şaiyələr yayırlar.Diaspor komitəsi çalışır ki, bütün təşkilatlar fəaliyyət göstərsin.Amma mən başqa cür düşünürəm.Məncə ailə təşkilatları varsa, onlar birlikdə birləşməlidirlər. 3-4nəfərdən ibarət təşkilat heç vaxt müvəffəqiyyət qazana bilməz.Bunun üçün kütlə lazımdır.Böyük idarə heyəti,iş planı lazımdır.

-Bəzi təşkilatlar diaspor komitəsindən daha çox pul almaq üçün müstəqilliyə can atırlar.

-Sizin dediklərinizdə də həqiqət var. Ailə təşkilatları özlərini təşkilat kimi qələmə verən zaman, bu gün diaspora komitəsinə və digər qurumlara məktublar yazarkən pul almaq üçün bundan istifadə edə bilirlər.Eyni zamanda çox böyük adlar qoyurlar. 3-4 nəfər üzvü olan təşkilata elə bir isimlər qoyulur ki, düşünürsən bunların arxasında böyük bir Azərbaycan kütləsi var. Əslində elə deyil. Azərbaycanlı mentalitetinə uyğun bir şey var ki, başqasının məğlubiyyətini özünün qalibiyyəti hesab edir. Bu ,çox qorxulu bir şeydir. Əfsuslar olsun ki, xaricdə yaşayan azərbaycanlılar arasında bu belə deyil. Çox şahidi oluruq ki, komitə böyük layihələrə imza atan zaman internet saytlarında xoşagəlməz sözlər yazılır. Buna sevinmək əvəzinə əksinə çalışırlar ki, həmin tədbirin siyasi mahiyyətini aşağı salsınlar. Bu bəlkə də fəlsəfədir.Bunu öyrənmək lazımdır ki, niyə xaricdə yaşayan azərbaycanlılar arasında dostluq yoxdur? Digər təşkilatlarda bizdə olan qədər qısqanclıq yoxdur.

-Əvvəlki illərlə müqayisədə Azərbaycan Avropada daha çox tanınır.Sizin fikrinizcə də bu belədir?

-Təbii. Mən 20 ildir Niderlandda yaşayıram. İlk dəfə 1990-cı ilin əvvəllərində orada fəaliyyətə başlayan zaman Azərbaycanın harada olduğunu belə bilmirdilər,varlığından belə xəbərsiz idilər. Ümumiyyətlə isə son 10 ildə Azərbaycan daha çox tanınır. Burada xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının da rolu var, Azərbaycanın özünün də uğurlu daxili və xarici siyasəti buna imkan verir.

-Narazı qaldığınız məqamlar varmı?

-Əlbəttə var. Bəzən yerli mətbuatda bizimlə bağlı elə xəbərlər yayılır ki, özümüz də təəccüblənirik. İnformasiyalar təhrif olunur. Məsələn ,məlumat yayılır ki, kimsə Avropaya mühacirət edib, guya Azərbaycan hökuməti onu təqib edir. Onu həbs etdirmək istəyir, bunlar hamısı absurddur. Bilin ki, Avropada Azərbaycan diasporası var və bu istiqamətdə biz xeyli məsafə qət etmişik. Artıq Azərbaycan Diasporası lobbiçiliyə doğru addım atmalıdır. Çünki təşkilatlanma mərhələsi artıq geridə qalıb. Bu gün təşkilatlanmadan lobbiçiliyə doğru getməliyik. Əgər bu gün biz lobbiçiliklə məşğul ola bilmiriksə, bu diasporanın heç bir əhəmiyyəti olmayacaq. Bilirsiniz, var peşəkar diplomatiya, bir də var diaspora diplomatiyası. Diaspora diplomatiyası bu gün vacib bir işə çevrilir. Hətta bir peşəkar diplomatın edə bilmədiyini diaspora təşkilatı bacarır. Bunun üçün birləşmək və lobbiçilik istiqamətində inamlı addımlar atmaq lazımdır.





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved