• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Müsahibələr


Hikmət Çətin: Azərbaycan, Türkiyə, ABŞ, Rusiya və Aİ bir araya gəlib Qarabağ problemini həll etməlidir (MÜSAHİBƏ)
2014-06-24 | 15:20 |

Hikmət Çətin: Azərbaycan, Türkiyə, ABŞ, Rusiya və Aİ bir araya gəlib Qarabağ problemini həll etməlidir (MÜSAHİBƏ)

 Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, NATO-nun Əfqanıstan üzrə keçmiş baş mülki nümayəndəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü. O, Beynəlxalq forumlarda Qarabağ münaqişəsi ilə bağlı obyektivliyini açıq şəkildə göstərən türk siyasətçilərindəndir. Bu tanınmış şəxslə görüşüb onun münaqişənin həlli yolları haqqında fikirlərini öyrəndik.

Trend Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihə əsasında Türkiyənin tanınmış siyasətçisi Hikmət Çətinlə müsahibəni təqdim edir.

"Qloballaşmanın içində olub, ondan faydalanmaq lazımdır"

- Hikmət bəy, dünya qloballaşsa da, hələ də münaqişələr də daxil olmaqla bir çox məsələlər lokal səviyyədə baş verir. Sizcə, dünya bununla qloballaşa bilərmi?

- Dünyanın qloballaşması problemləri həll etmir. Yəni ölkələrin qarşı-qarşıya qoyduğu məsələləri yoluna qoymur. Düzdür, bəzi məsələlər dünyada qlobal hal alıb. Yəni, ölkələrin özəl problemləri olmaqdan çıxıb. Məsələn, insan haqları, hüquq, demokratiya - bunlar artıq ayrı-ayrı ölkələri yox, bütün dünyanı narahat edən qlobal məsələlərə çevrilib. Qeyd edim ki, qloballaşmanın həm zərərli və həm də faydalı tərəfləri var. Amma zərərləri var deyə ondan bezmək, qorxmaq yox, əksinə, ondan faydalanmaq lazımdır.

- Məsələn, necə faydalanmaq olar?

- Yəni, onun parçası olmaq lazımdır. Qloballaşmanın xaricində qala bilmərik. Ona görə də onu tənqid etmək, ondan uzaq dayanmaq əvəzinə onun içində olub, yararlanmaq lazımdır.

"Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Avropa İttifaqı bir araya gəlib Qarabağ probleminin həllinə dair birgə addım atmalıdırlar"

- Sizin istər bu il II Qlobal Müştərək Cəmiyyətlər Forumunda, istərsə də ötən il "Dəyişən dünyada Cənubi Qafqaz" Forumunda Dağlıq Qarabağ münaqişəsi barədə çıxışlarınız olub. Hətta ötənilki forumda bildirmisiz ki, məsələnin həllinə dair ATƏT-in Minsk qrupuna yeni ideyalar lazımdır. Maraqlıdır, Minsk qrupuna nə kimi ideyalar verərdiniz?

- Minsk qrupunun yaranmasından 22 il ötüb. Onların bu 22 illik fəaliyyəti çərçivəsində təəssüf ki, önəmli hadisələr baş verməyib. Necə başlayıbsa, eləcə də dayanıb. Bircə ona sevinmək olur ki, atəşkəs elan edilməklə qan tökülməyin qarşısı müəyyən qədər alınıb. Amma qanın tökülməməsi hələ məsələləri tam aradan qaldırmır. Odur ki, prosesi yenidən canlandırmaq, bir addım atmaq lazımdır. Bu, Minsk qrupu daxilində də ola bilər, onun xaricində də. Mənim məsləhətim budur ki, Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Avropa İttifaqı bir araya gəlib Qarabağ probleminin həllinə dair birgə addım atmalıdırlar. Minsk qrupunu bu istiqamətdə canlandırmaq olar.

Məsələnin həll edilməməsi isə Cənubi Qafqazda çox böyük problemlərə səbəb olur. Bundan ən böyük zərəri Ermənistan çəkir. Çünki ölkə iqtisadiyyat, sosial baxımdan geriyə gedir. Buna görə də erməni gənclər ölkələrini tərk edir. Halbuki sülh olsaydı, bir çox şeylər dəyişə bilərdi. Dünya bunu görməlidir. Amma ortada müəyyən həqiqətlər var: birincisi, Qarabağ Azərbaycanın bir parçasıdır; ikincisi, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Dünyada başqa məsələlər də var, amma torpağı işğal altında olan ölkələrin problemləri çox olur. Bu da Azərbaycanın önəmli mövzusudur; üçüncüsü, bir milyon insan doğulub böyüdüyü, yaşadığı evi tərk edib və onlar 20 ildən çoxdur ki, məcburi köçkündürlər. Ona görə də bu həqiqətləri göz önünə alıb, həll yolunu tapmaq lazımdır.

Mən bunun mərhələli şəkildə həyata keçə biləcəyini düşünürəm. Yəni hamısı birdən baş verməyə də bilər. Amma Ermənistan ilk addım olaraq öz əsgərlərini beş rayondan çıxarmalıdır. Yəni işğalı aradan qaldırmalıdır. Kəlbəcər və Laçından daha sonra da əl çəkə bilər. Amma ilkin mərhələdə beş rayonu boşaltmalıdır. İşğalın aradan qalxması ilə önəmli addım atmış ola bilər. Bu, həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətlərinin də yaxşılığa getməsi yolunu aça bilər.

"Prezident seçkilərində Ərdoğanın namizəd kimi önəmli üstünlüyü var"

- Hikmət bəy, hazırda Azərbaycan-Türkiyə münasibətlərini necə dəyərləndirirsiz?

- Azərbaycan və Türkiyə özəl münasibətləri olan iki ölkədir. Rəhmətlik Heydər Əliyevin söylədiyi kimi biz bir millət, iki dövlətik. Biz bu ifadəni həmişə söyləyirik, təkrar edirik, çünki həqiqətən də ondan daha yaxşı cümlə yoxdur. Münasibətlər son dərəcə yaxşıdır. Hər sahədə çox mühüm irəliləyişlər var. Məsələn, II Qlobal Müştərək Cəmiyyətlər Forumu kimi toplantılar münasibətləri daha da irəli aparır. Bölgənin çox önəmli iqtisadi, infrastruktur layihələri birlikdə həyata keçirilir. Yadımdadır, Bakı-Tbilisi- Ceyhan boru xətti məsələsində bir çoxları bunun imkansız olduğunu söyləyirdilər. Xarici neft şirkətləri də buna qarşı çıxırdılar. Bu məsələdə Heydər Əliyev çox israr etdi və buna nail oldu. Xatırlayıram, o, məhz bu şəkildə də söylədi: "Ya bu Türkiyənin üzərindən olacaq, ya olmayacaq. Mənə başqa təklif, başqa variant gətirməyin!"

İndi Transanadolu qaz boru kəməri çəkilir. "Şahdəniz II" yatağında 16 milyard kubmetr qaz çıxarılacaq. Bunun 6 milyard kubmetrini Türkiyə istifadə edəcək, 10 milyard kubmetri isə Türkiyədən Avropaya ixrac olunacaq. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryolu xətti də artıq bitmək üzrədir. Bu, böyük layihədir. Bu dəmir yolu vasitəsi ilə Londondan Türkiyə və Azərbaycan da daxil olmaqla Çinə qədər getmək imkanı yaranacaq. Həmçinin, Azərbaycanın Türkiyədə neft, turizm və digər sektorlarda çox böyük yatırımları var. İki qardaş ölkəyik. Atatürk deyişkən, Azərbaycanın acısı acımız, sevinci sevincimizdir.

- Qarşıdan Türkiyədə prezident seçkiləri gəlir. Bildiyimiz kimi, iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərində yüksək səs faizi ilə qalib gəldi. Necə hesab edirsiniz, hazırkı Baş nazir Rəcəb Tayyib Ərdoğan avqust ayında keçiriləcək seçkilərdə də qalib gələ biləcəkmi?

- Prezident seçkilərində Ərdoğanın namizəd kimi önəmli üstünlüyü var. Amma bu, o demək deyil ki, o, mütləq qalib gələcək. Nəticələr sandıqlar açılandan sonra bəlli olacaq. Çünki hələ ki, heç namizədlər də bəlli deyil. Əgər müxalifət yalnız bir namizəd üzərində dayansa, vəziyyət dəyişə bilər. Təbii ki, Ərdoğanın üstünlüyü göz önündədir və nəzərə alınmalıdır.

- Siz həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüsünüz. Yeri gəlmişkən, Nizami Gəncəvinin yaradıcılığı ilə tanışsınızmı?

- Əlbəttə, Nizami yalnız Azərbaycanın deyil, dünyanın önəmli şairlərindən biridir. Poeziyasını zövqlə oxuyuram. Mənim dostlarımdan biri Nizami Gəncəvinin bütün əsərlərini mənə hədiyyə edib. Onları təkrar oxumaq fikrim var.





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved