• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Müsahibələr


Nazim İbrahimov: "Azərbaycan diaspor təşkilatları fəaliyyətlərini türk diasporu ilə koordinasiyalı şəkildə quracaq"
2015-01-15 | 18:04 |

Nazim İbrahimov:

 “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı və Xocalı soyqırımının dünyada tanıdılması diasporumuzun fəaliyyətinin əsas prioritetləri olaraq qalır"

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi 2015-ci ildə Ermənistan hökuməti, erməni diasporu və lobbisinin qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar planlaşdırdığı kampaniyalara qarşı əks tədbirlərin təşkilinə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri, o cümlədən Qarabağ, xüsusilə Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına və qəbul edilməsinə xüsusi önəm verəcək”. 

 

Bunu APA-ya eksklüziv açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədriNazim İbrahimov deyib.

 

N. İbrahimov qeyd edib ki, erməni diasporuna qarşı effektiv mübarizə tədbirləri ilə bağlı artıq Komitə xüsusi fəaliyyət planı tərtib edib, fəaliyyət planında bır sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın xaricdəki diaspor təşkilatları ermənilərin qondarma soyqırımı iddialarının 100 illiyi ilə bağlı fəaliyyətini türk diasporu ilə koordinasiyalı şəkildə quracaq: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı və Xocalı soyqırımının dünyada tanıdılması Azərbaycan diasporunun fəaliyyətinin əsas prioritetləri olaraq qalır. Bu il daha bir neçə ölkədəXocalı şəhidlərinin xatirəsinə abidə ucaldılacaq”.

 

Komitə sədri bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları ilə əlaqədar Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliği məqsədilə müxtəlif kampaniyaların təşkili də nəzərdə tutulub: “Fevral ayında isə Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının da keçirilməsi planlaşdırılıb”.

 

N. İbrahimov qeyd edib ki, bu ilin aprel ayında Bakıda Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər beynəlxalq qurumların təşkilatçılığı ilə III Müştərək Cəmiyyətlər Forumu, buna qədər isə fevral ayında Brüsseldə “Avropada etimadın bərpa olunması” mövzusunda konfrans da təşkil olunacaq.





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved