ƏHALİ

Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv km-dir. 2001-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisi 8 milyon 81 min nəfər, o cümlədən 4 milyon 107 min nəfər və ya 51 faizini şəhər və 3 milyon 974 min nəfər və ya 49 faizini kənd sakinləri təşkil etmişdir.

Ölkə əhalisinin cins-yaş tərkibi aşağıdakı kimi səciyyələndirilir: 3 milyon 954 min nəfər və ya 49 faizi kişilər və 4 milyon 127 min nəfər və ya 51 faizi - qadınlardır; 15 yaşadək (0-14 yaşlı) bütün əhalinin xüsusi çəkisi (kişilər arasında 32%, qadınlar arasında isə 28%) 30 faiz, 65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi isə (kişilər arasında 5%, qadınlar arasında isə 7%) 6% təşkil etmişdir.

Bu gün Azərbaycan əhalisinin artımı əhalinin təbii artımı hesabına baş verir.

Son 5 il ərzində ölkədə hər il orta hesabla 125 min körpə və ya hər gün təxminən 340 onun yeni kiçik vətəndaşı dünyaya gəlir. 2002-ci ildə ölkədə doğum əhalinin hər 1000 nəfərinə hesabı ilə 15 nəfər təşkil etmişdir.

Azərbaycanda ölümün səviyyəsi uzun illər ərzində nisbətən aşağı və sabit olması ilə səciyyələnir. Lakin çoxsaylı insan tələfatına səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-94-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdır. Sonrakı illərdə, Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi tətbiq edildikdən sonra ölümün səviyyəsi azalmış və keçən il onun səviyyəsi əhalinin hər 1000 nəfərinə hesabı ilə 6 nəfər təşkil etmişdir.

Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində də öz əksini tapır. Ötən ildə bu göstərici 72 yaş, o cümlədən kişilər üçün - 69 yaş, qadınlar üçün isə - 75 yaş təşkil etmişdir.

Son illər körpə ölümünün səviyyəsinin də azalması müşahidə olunur. Ötən ildə 1 yaşadək 1,5 min uşaq (0,8 min oğlan, 0,7 min qız) və ya doğulmuş hər 1000 nəfərə hesabı ilə 13-ü ölmüşdür.

2000-ci ildə doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşması nəticəsində 44 qadın ölmüşdür, yəni doğulanların 100 min nəfərinə hesabı ilə ana ölümü göstəricisi 38 olmuşdur.

Hazırda orta hesabla bir qadına bütün ömrü boyu təxminən iki doğulmuş uşaq düşür. əgər 10 il əvvəl üç və ya daha çox doğulmuş uşaqların xüsusi çəkisi 31% təşkil edirdisə, indi bu göstərici cəmi 25%-dir.

Doğumun səviyyəsinə nikah da əhəmiyyətli dərəcədə təsir göstərir. Respublikada orta hesabla təxminən 57 min nikah bağlanır və 8 min nikah pozulur. Əhalinin son siyahıyaalınmasının məlumatlarına görə, 16 və yuxarı yaşda təxminən 1 milyon 746 min və ya 43% qadın nikahda olmuşdur.

Fertil (nəsilvermə qabiliyyətinə malik) yaşda olan qadınların sayı 2 milyon 311 min nəfərdir.

Respublikada əhalinin artmasına mane olan amillərdən biri də əhalinin miqrasiyasıdır. 2000-ci il ərzində Respublikadan 10,0 min nəfər getmiş, 4,4 min nəfər isə Respublikaya gəlmişdir.

Ölkənin milli tərkibi, əhalinin son siyahıyaalınmasının nəticələrinə əsasən, aşağıdakı məlumatlarla xarakterizə olunur: azərbaycanlılar - 90,6%, ləzgilər - 2,2%, ruslar - 1,8%, ermənilər - 1,5%, talışlar - 1,0% , avarlar - 0,6%, türklər - 0,5%, tatarlar - 0,4%, ukraynalılar - 0,4%, saxurlar - 0,2%, gürcülər - 0,2%, tatlar - 0,13%, yəhudilər - 0,1%, udinlər - 0,05% və digər millətlər - 0,12%. Talışlar digər etnik qruplardan fərqli olaraq, uzun müddətdir ki, bu ərazidə yaşayırlar.

Öz millətini dilində sərbəst danışa bilən əhalini bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir.

2000-ci ilin 4 rübü üçün ev təsərrüfatlarının seçmə müayinəsinin məlumatlarına görə ailələrin 26,3 faizində ailə başçısı qadın olmuşdur.


1998-ci ildə baş vermiş hadisələr də Azərbaycanın demoqrafik vəziyyətinə xeyli təsir göstərmişdir. Erməni təcavüzü, Azərbaycana çoxsaylı insan tələfatı ilə yanaşı, yarıdan çox qocalardan və uşaqlardan ibarət olan 1 milyon qaçqın və məcburi köçkün gətirmişdir ki, onların da xeyli hissəsi çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə yaşayır.

Əhalinin sayı (ilin əvvəlinə, min nəfər)

Əhali 1990 1995 1996 1997 1998 1999 2000 2001
Əhalini sayı                
C ə m i 7131,9 7643,5 7726,2 7799,8 7876,7 7953,4 8016,2 8081,0
şəhər 3847,3 4005,6 4034,5 4057,8 4082,5 4053,5 4086,42 4107,5
kənd 3284,6 3637,9 3691,7 3742,0 3794,2 3899,9 3929,82 3973,5
Əhalinin ümumi sayından faizlə:                
şəhər 53,9 52,4 52,2 52,0 51,8 51,0 51,0 50,8
kənd 46,1 47,6 47,8 48,0 48,2 49,0 49,0 49,2
Əhalinin ümumi sayından:                
kişilər 3481,7 3754,6 3802,7 3845,3 3883,2 3883,1 3918,3 3954,5
qadınlar 3650,2 3888,9 3923,5 3954,5 3993,5 4070,3 4097,9 4126,5
                 
Əhalinin ümumi sayından faizlə:                
kişilər 48,8 49,1 49,2 49,3 49,3 48,8 48,9 48,9
qadınlar 51,2 50,9 50,8 50,7 50,7 51,2 51,1 51,1

Əhalinin sayına görə rayonların qruplaşması (1 yanvar 2001-ci il vəziyyətinə)

  Rayonların sayı Onlardan əhalinin sayına görə
    10000- ə qədər 10001- 20000 20001- 30000 30001- 40000 40001- 50000 50001- 60000 60001- 70000 70001- 100000 100001- dən yuxarı
Azərbaycan Respublikası 65 - 2 3 8 3 5 5 20 19
O cümlədən:                    
Naxçıvan Muxtar Respublikası 6 - 1 1 1 1 - - 1 1
Respublika tabeliyində olan rayonlar, cəmi 59 - 1 2 7 2 5 5 19 18

Əhalinin milli tərkibi (1999-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında)

Milli tərkib Milli mənsubiyyətə görə əhalinin sayı, min nəfər Onlardan öz millətinin dilini ana dili sayanlar, %-lə Əhalinin sərbəst danışdığı dillər, %-lə
      öz millətinin dilində azərbaycan dilində Rus dilində İngilis dilində
Cəmi əhali 7953,4 99,0 99,2 4,2 9,3 0,3
O cümlədən:            
azərbaycanlılar 7205,5 99,7 99,8 - 8,2 0,3
ləzgilər 178,0 96,1 97,0 66,4 32,5 0,3
ruslar 141,7 99,3 99,7 16,6 - 1,2
ermənilər 120,7 99,9 99,9 0,4 0,3 0,0
talişlar 76,8 89,6 97,5 79,9 5,4 0,1
avarlar 50,9 98,2 98,8 71,4 23,9 0,2
türklər 43,4 94,6 95,4 41,2 14,4 0,2
tatarlar 30,0 86,7 87,5 74,9 83,7 0,4
ukraynalilar 29,0 32,1 32,4 10,7 77,9 1,5
saxurlar 15,9 99,3 99,4 82,9 14,3 0,2
gürcülər 14,9 98,0 98,3 63,0 26,4 0,3
kürdlər 13,1 48,9 57,0 87,6 4,2 0,1
tatlar 10,9 83,0 89,6 67,8 21,7 0,3
yəhudilər 8,9 87,1 88,2 58,4 66,4 1,4
udinlər 4,2 98,8 99,2 49,4 68,3 0,1
             
digər millətlər 9,5 75,3 41,6 53,1 45,0 2,4

1813 və 1828-ci illərdə Rusiya və İran arasında bağlanmış Gülüstan və Türkmənçay müqavələlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edildi. Hal-hazırda İran azərbaycanlılarının sayı Azərbaycan Respublikasında yaşayan azərbaycanlılardan çoxdur. Sovet imperiyası dövründə sərhədi keçib öz qohumları ilə görüşmək qeyri-mümkün idi. YUNESKO-nun məlumatına görə dünyada hazırda 40 milyondan çox azərbaycanlı yaşayır. Dünyada yaşayan azərbaycanlıların sayı təxminən aşağıdakı kimidir:

İranda 30 milyon
Türkiyədə 3 milyon
Rusiyada 2 milyon
ABŞ-da 1 milyon
Ukraynada 1 milyon
İraqda 700 min
Gürcüstanda 500 min
Əfqanıstanda 430 min
Hindistanda və Pakistanda 350 min
İsveç, Norveç, Danimarka və Şotlandiyada 300 min
Almaniyada 300 min
Kanadada 174 min
Fransada 170 min
Suriyada 50 min
Səudiyyə Ərəbistanında 40 min
İsveçrədə 40 min
Yəməndə 19 min
Yaponiyada 10 min
Avstraliyada 8 min
Maltada 2,5 min

Yuxarıda göstərilənlərdən əlavə digər hesablamalar da aparılıb və hesablamaların birində göstərilir ki, hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.