BALIQ YEMƏKLƏRİ
| Təndirdə bişirilmiş Lənkəransayağı Çəki balığı |
![]() |
Çəki balığı -
25q, baş soğın - 40q, lumu - 15q, cəfəri - 15q, istiot, duz. |
| Təndirdə qızardılmış kütüm |
![]() |
Kütüm balığı - 250q, pomido -
50q, xiyar - 50q, baş soğan - 30q, keşniş göyərtisi - 15q, narşərab - 15q,
istiot, duz. |
| Kütüm ləvəngisi |
![]() |
Təzə kütüm -
253q, qoz ləpəsi - 50q, baş soğan - 30q, ərinmiş yağ - 10q, zoğal axtası -
25q, kişmiş - 50q, duz. |
| Qızardılmış qızıl balıq |
![]() |
Qızıl balıq - 248q, buğda unu -
10q, ərinmiş yağ - 25q, baş soğan - 40q və ya göy soğan - 50q, narşərab -
5q, cəfəri - 15q, istiot - 0,1q, duz. Qızıl balıq təmizlənir, girdə tikələrə doğranır. Duz, istiot vurulur, unla urvalanıb yağda iki tərəfi qızardılır və bir neçə dəqiqə qızdırığı şkafda bişirilir. Süfrəyə verdikdə yanına doğranmış baş soğan və ya göy soğan düzülür, üstünə göyərti səpilir, yanına narşərab qoyulur. |
| Öz buğunda bişirilmiş kütüm |
![]() |
Təzə kütüm - 253q, ərinmiş yağ -
15q, baş soğan - 30q, quru alça - 3q, lavaşana - 5q, keşniş - 15q, istiot -
0,1q, duz. Təmizlənib yuyulmuş balıq tikələrə doğranır, azacıq qızardılır və dayaz qazana yığılır. Üzərinə yağda qızardılmış soğan, alça, lavşana, su və istiot tökülüb öz buğunda bişirilir..Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və göyərti səpilir. İçi doldurulmuş xəşəm: Məhsulların miqdarı və haırlanması qaydası kütüm ləvəngidə olduğu kimidir. |
| Nərə balığından kabab |
![]() |
Nərə balığı - 347q, bitki yağı -
5q və ya xama - 10q, baş soğan - 24q, göy soğan - 32q, təzə pomido - 100q,
lumu - 1/5 əd., narşərab - 5q, sumaq - 1q, istiot - 0,1q, duz. |
| Balıq dolması |
![]() |
balıq əti - 150q, soğan - 10q,
üzüm yarpığı - 45q, keşniş - 20q, qatıq -50q, istiot və duz. Balığın (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana yığılır. Üzərinə balığın sümüklərindən hazırlanmış bulyon tökülür və bişirilir. Süfrəyə verdikdə yanına qatıq qoyulur. |
| Lənkəransayağı qızardılmış balıq |
![]() |
Balıq - 248q,
buğda unu - 10q, ərinmiş yağ - 25q, baş soğan - 40q, pomidor - 50q, lumu -
10q, cəfəri - 15q, istiot, duz. |
| Lənkəransayağı suf balığı |
![]() |
Təzə suf - 350q, buğda unu - 10q,
ərinmiş yağ - 35q, baş soğan - 50q, cəfəri - 15q, lumu - 1/5 əd., istiot -
0,1q, duz. |