MÜRƏBBƏLƏR
| Heyva mürəbbəsi |
![]() |
Təmizlənib
doğranmış heyva - 1kq, şəkər - 1,2kq. |
| Əncir mürəbbəsi |
![]() |
Əncir - 1kq, şəkər - 1kq, lumu
turşusu - 1q, vanilin - 0,5q. Əncirdən qabıqlı və ya qabığı soyulmaş halda mürəbbə bişirilir. 1.Qabıqlı mürəbbə bişirdikdə əncirin saplağı kəsilir, 5 dəq istiliyi 80-850 S olan suda pörtülür. Əncirin üzərinə şərbət tökülür və 2 dəfəyə bişirilir. 2. Qabığı soyulmuş əncirin üzərinə şəkər tozu səpilir, 8-10 saat saxlanılıb zəif Alov üzərində 50-60 dəq. bişirilir. Hazır olana yaxın lumu turşusu və vanilin əlaə edilir. |
| Zoğal mürəbbəsi |
![]() |
Zoğal - 1kq, şəkər - 1,2kq. Zoğaldan bütöv və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5-8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərtilə 4-5 dəfəyə bişirilir. |
| Qarpız mürəbbəsi |
![]() |
Qarpız qabığı - 1kq, şəkər -
1,2kq, vanilin - 0,5q, lumu turşusu - 1,2q. |
| Ərik mürəbbəsi |
![]() |
Ərik - 1kq, şəkər - 1,2kq. |
| Qoz mürəbbəsi |
![]() |
Emal edilmiş qoz - 1kq, şəkər -
1,5kq, lumu turşusu - 3q, mixək - 3q, və ya hil - 3q, (50 ədəd qoza 1 kq
şəkər). |
| Ağ gilas mürəbbəsi |
![]() |
Çəyirdəyi
çıxardılmış gilas - 1kq, şəkər tozu - 1,2kq, lumu turşusu - 2q, vanilin -
1q, və ya hil 3q. |
| Qızıl gül mürəbbəsi |
![]() |
Qızıl gül
ləçəkləri - 100 q, şəkər - 900q, lumu turşusu - 2q. |
| Badımcan mürəbbəsi |
![]() |
Təmizlənmiş badımcan - 1kq, şəkər
- 1,5kq, lumu turşusu - 1,5q, vanilin - 0,5q. |
| Pomidor mürəbbəsi |
![]() |
Pomidor - 1kq, şəkər - 1,3kq,
vanilin - 0,5q. |
| Feyxoa mürəbbəsi |
![]() |
Feyxov - 1kq, şəkər - 1,2kq. |
| Cənnət almasından mürəbbə |
![]() |
Alma - 1kq,
şəkər - 1,3-1,5kq. |
| Naringi mürəbbəsi |
![]() |
Naringi - 1kq,
şəkər - 1,2kq. |
| Tut mürəbbəsi |
![]() |
Ağ tut - 1kq, şəkər - 1,2kq, lumu
turşusu - 2q. Seçilmiş tutun üzərinə şəkər şərbəti əlavə edilir, və zəif Alov üzərində 5 dəqiqə qaynadılıb 20-250 S-yə qədər soyudulur. İkinci dəfə 8-10 dəqiqə qaynadılıb soyudulur və üçüncü dəfə hazır olana kimi bişirilir. Hazır olana yaxın lumu turşusu əlavə edilir. |
| Xartut mürəbbəsi |
![]() |
Aərbaycanda,
xüsusən Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki,
bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara
tutdan da azərbaycanlılar mürəbbə bişirirlər. |
| Alça mürəbbəsi |
![]() |
Mürəbbə bişirmək üçün iri bağ alçası sortları,Ö xüsusilə Ərəş və İstambul alça sortları götürülür. Bu alçalar tam yetişdikdə qırmızı rəngdə olmaqla bir ədədin kütləsi 40 qrama çatır. Alçanın qabığı soyulur. 1,5-2,0 saat müddətində əhəng suyunda saxlanılır, təmiz yuyulur və bir neçə yerdən deşdəklənir. Beləliklə hazırlanmış alçanın üzərinə şəkər şərbəti tökülüb 6-8 saat saxlanılır. Mürəbbəni arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. 1 kq təmizlənmiş alçaya 1,1kq şəkər və 1 stəkan su sərf edilir. |