XƏMİR  XÖRƏKLƏRİ

Düşbərə

Qoyun əti - 108q, buğda unu - 40q, yumurta - 1/4 əd, baş soğan - 18q, şərab sirkəsi - 10q, keşniş - 15q, nanə qurusu - 10q, istiot, duz.
Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətin in yumşaq hissəsindən soğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasış yoğrulmuş bərk xəmir 1 mm qalınlığında yayılığ kiçik kvadratlar şəklində doğranır. Hər kvadratın ortasına 2-3 qram qiymə qoyulur. Kvatlartla ortadan və ya üçkünğ qatlanığ küncləri geriyə dartılır. Düşbərəni bulyonda 5 dəqiqə bişirirlər. Ev şəraitində düşbərəni elə xırda hazırlayılar ki, bir qaşığa 4-5 ədəd yerləşir. Süfrəyə verilən zaman yanına sarmısaqla sirkə qoyulur, üstünə isə keşniş və ya quru nanə səpilir.

 

 

Sulu xingal

Qoyun əti - 163q, 1-ci nö buğda unu - 40q, yumurta - 1/5 əd., noxud - 25q, baş soğan - 25q, şərab sirkəsi - 10q, keşniş və şüyüd - 10q, quru nanə - 10q, duz, istiot.
Ətin döş, kürək və ya bel hissəsi götürülüb bişirilir və sümükdən ayrılır. Ayrıca olaraq əvvəlcədən 3-4 saat isladılmış noxud bişirilib bulyona qatılır. Un, yumurta və sudan xəmir yoğrulur, 1 mm qalınlığında yayılır və 2x3 sm ölçüdə kəsilib qaynar bulyonda bişirilir. Hazır olana yaxın üzərinə yağda qızardılmış göyərti qatılır. Süfrəyə verilən zaman üstünə quru nanə səpilir, yanına ayrıca sirkə qoyulur.

 

 

Xəmiraşı

Qoyun əti - 163q, buğda unu - 35q, yumurta -1/4 əd., ərinmiş yağ - 10q, ağ lobya - 20q, şərab sirkəsi - 10q, baş soğan - 20q, keşniş - 20q, quru nanə - 1q, istiot, duz.
Qoyun əti qiyməsindən hər pay üçün 5-6 ədəd xırda küftəciklər hazırlanır. Lobya ayrıca bişirilir. Mayasız xəmir 1 mm qalınlığında yayılır, üstünə un töküb 5 sm enində nazin lentlər kəsilib əriştə doğranır. Bulyona əvvəlcə ət küftəcikləri salınıb bişirilir, sonra əriştə və bişmiş lobya qatılıb hazır vəziyyətə gətirilir. Hazır xörəyə doğranmış göyərti, süfrəyə verdikdə isə quru nanə səpilir. Şərab sirkəsi ayrıca verilir.

 

 

Qoyun ətindən təbəqəli pirojki

Qoyun əti - 580q, un - 500q, ərinmiş yağ - 15q, kərə yağı - 110q, maya - 15q, yumurta - 1əd., baş soğan - 120q, istiot, duz.
Qoyun ətinin yumşaq hissəsindən qiymə hazırlanıb yağda qızardılır. Qiyməyə yağda qızardılmış soğan, istiot və duz vurulur.Undan mayalı xəmir yoğrulur. Kərə yağının 2/3 hissəsi ilə xəmir təbəqələnir. Təbəqələnmiş xəmir 5mm qalınlığında və 7x7 sm ölçüdə kvadratlara doğranır. Kəsilmiş xəmirin içərisinə qiymə qoyulur, iki əks ucu birləşdirilib üçbucaq formaya salınır. Pirojkilər yağlanmış listlərə yığılıb xəmirin gəlməsi üçün 2 saat istirahətə qoyulur. Pirojkilərin üstunə yumurta sürtülür, qəzdırıcı şkafda 2400 S tempraturda 7-8 dəqiqə müddətində bişirilir.

 

 

Gürzə

Qoyun əti - 217q, baş soğan - 30q, un - 80q, ərinmiş yağ - 25qr, qatıq - 50q, sarımsaq - 2q, darçın - 0,1q, istiot - 0,1q, duz.
Ətlə soğandan hazırlanmış qiyməyə istiot duz vurulub qızardılır. Undan bərk xəmir yoğrulub 1mm qalınlığında yayılır və bundan diametri 5sm ölçüdə dairələr kəsilir. Xəmir dairələrinin ortasına qiymə qoyulub tikiş yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür. Hazırlanmış gürzə suda bişirilir, aşsüzəndən süzülür və süfrəyə verildikdə üstünə darçın səpilir yanına sarımsaqlı qatıq qoyulur.

 

 

Naxçıvansayağı gürzə

Xammalların miqdarı və hazırlanması qaydası adi gürzədə olduğu kimidir. Ət qiyməsi xəmirin içinə çiy halda qoyulur.

 

 

Şəkisayağı gürzə

Qoyun əti - 217q, quyruq - 25q, baş soğan - 30q, un - 80q, şərab sirkəsi və ya abqora - 10q, sarımsaq - 2q, keşniş - 15q, istiot - 0,1q, duz.
Qoyun əti, quyruq və soğandan qiymə hazırlanır. Undan xəmir yoğrulub 1 mm qalınlığında yayılır və bundan diametri 5 sm ölçüdə dairələr kəsilir. Xəmir dairələrinin içərisinə çiy qiymə qoyulub tikişi yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür. Hazərlanmış gürzə suda və ya bulyonda bişirilir. Süfrəyə bulyonu ilə birlikdə verilərkən üstünə keşniş səpilir, yanına sarımsaqlı sirkə qoyulur.

 

 

Quymaq

Buğda unu - 40q, ərinmiş yağ - 20q, şəkər - 10q, darçın - 0,2q, duz.
Un yağda açıq qəhvəyi rəng alınca qovrulur. Sonra tavada arasıkəsilmədən qarışdırılmaqla qaynar su əlavə edilir, səthinə yağ çıxınca zəif od üzərində bişirilir. Tavanın dibində qazmaq əmələ gəlir. Quymaq süfrəyə boşqabda verilir, üstüunə qazmaq qoyulur, şəkər və darçın səpilib yağ tökülür. Ev şarəitində qumağa müxtəlif ədviyyə qarışığı qatılır.

 

 

Firni

Düyü - 40q, süd - 200q, şəkər tozu - 10q, kərə yağı - 10q, darçın - 0,2q, duz.
Düyü 2-3 saat suda isladılır. Sonra Sudan çıxarılığ qurudulur, həvəngdəstədə döyülür. Qaynayan südə qarışdıra-qarışdıra düyü unu əlavə edilir, şəkər və duz qatılıb bişirilir. Süfrəyə verdikdə üstünə yağ tökülüb şəbəkə şəklində darçın səpilir.

 

 

Xəşil

Buğda unu - 100q, ərinmiş yağ - 25q, doşab 40q, duz.
Hər paya 150 qram su götürülür, duz qatılır və qaynadıqdan sonra tədricən içinə ələnmiş un vuruluğ qarışdırılır. Qazanın qapağını örtüb 15-20 dəqiqə bişirirlər. Süfrəyə verilən zaman xəşil boşqaba çəkilir, ortasına doşab və qaynadılmış yağ qarışığı tökülür.

 

 

Süzmə xingal

Qoyun əti - 165q, buqda unu - 100q, yumurta 1/5 əd., baş soğan - 30q, ərinmiş yağ - 20q, pendir - 15q, qatıq - 50q, sarımsaq - 3q, zəfəran - 0,1q, istiot - 0,1 q, duz.
Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.

 

 

Sucuq

Ev şəraitində hazırlanan buğda nişastası və ya qarğıdalı unu - 50q, su - 110q, ərinmiş yağ - 20q, şəkər - 40q, qoz ləpəsi - 40q, zəfəran - 0,1q, duz.
Soyuq suda açılmış bağda nişastası və ya qarğıdalı unu qaynayan suya tökülərək arasıkəsilmədən qarışdırılır, şəkər, yağ və zəfəran şirəsi əlavə edilib hazır vəziyyətə gətirilir. Qoz ləpəsi xırda üyüdülür, yarısı sücüğa qatılır, qalan hissisi isə xörək süfrəyə verilində onun üstünə səplir.